Azərbaycan taekvondoçuları “Swiss Open”də mübarizə aparacaq

4 Sentyabr 2026 19:03
97
Azərbaycan taekvondoçuları “Swiss Open”də mübarizə aparacaq

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası sentyabrın 6-da İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaq.

Komandamız milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yarışda iştirak etmək üçün Sant Qallen şəhərinə yola düşüb.

Turnirdə ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

İdman.Biz