Taekvondoçularımız növbəti təlim-məşq toplanışına başlayıblar - FOTO

28 Avqust 2026 23:59
92
Taekvondoçularımız növbəti təlim-məşq toplanışına başlayıblar

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının üzvləri növbəti təlim-məşq mərhələsinə start veriblər.

İdman.Biz xəbər verir ki, məşqlər Abşeron Olimpiya İdman Kompleksində keçirilir.

Milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında keçirilən toplanış qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyır.

İdman.Biz