44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Elbrus Hüseynovun qızı Dərya Hüseynova taekvondo üzrə Azərbaycan çempionu olub.
İdman.Biz xəbər verir ki, Dərya Hüseynova uşaqlar arasında keçirilən Azərbaycan birinciliyində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, şəhid qızı yarışda qızıl medal qazanaraq ölkə çempionu adını əldə edib.
