Həmyerlimizə Gürcüstanda beynəlxalq turnirdə vəzifə verilib

Xəbərlər
25 İyun 2025 11:09
32
Həmyerlimizə Gürcüstanda beynəlxalq turnirdə vəzifə verilib

Gürcüstanda “İmereti open-2025” beynəlxalq taekvondo turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, iyunun 26-29-da baş tutacaq yarışın Təşkilat Komitəsinin sədri vəzifəsi həmyerlimizə həvalə edilib.

Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov bu funksiyanı yerinə yetirəcək.

Qeyd edək ki, Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurla çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.

İdman.biz