“Bu, çox qürurvericidir”

Xəbərlər
27 Sentyabr 2023 20:01
175
“Bu, çox qürurvericidir”

Parataekvondo üzrə dünya çempionatında çıxış edən idmançılarımız ölkəyə dönüblər.

İdman.biz saytı xəbər verir ki, Meksikada keçirilən dünya çempionatında qələbə qazanan İmaməddin Xəlilov uğuruna şərh verib.

Qran-pri və dünya çempionatında qazandığı qızıl medallarla adını Azərbaycan parataekvondo tarixinə yazdıran idmançı növbəti yarışlarda da uğur əldə etmək üçün çalışacağını deyib. “Dünya çempionatında 4 döyüş keçirdim. Yarımfinal və final görüşlərim bir az çətin oldu. Amma parataekvondo növü Paralimpiadaya daxil edildikdən sonra ilk dəfə Azərbaycana qızıl medalı mən gətirdim. Bu, çox qürurvericidir. Çempionluq sayəsində dünya reytinqində ilk pilləyə də yüksəldim. Qarşıdakı hədəflərim Paris-2024-də Yay Paralimpiya Oyunlarında da uğurumu davam etdirməkdir”.

İdman.biz