Kişi taekvondoçulardan ibarət Azərbaycan millisi İordaniyaya yollanıb.
İdman.biz xəbər verir ki, komanda paytaxt Əmmanda baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 2 həftə təlim-məşq toplanışında olacaq.
Məşqçilər korpusu hazırlığa Qaşım Maqomedov, Pərviz İsgəndərov, Səyyad Dadaşov, Eltac Qafarov, Adil Eyvazov və Vaqif Hacıyevi aparıb.
Məşqlər Paris-2024 Yay Olimpiya Oyunlarına və Tələbələrin Avropa Universiadasına hazırlıq xarakteri daşıyır.
İdman.biz