Taekvondoçularımız Prezident kubokunda 2 medal qazanıb

Xəbərlər
19 Fevral 2024 11:30
Taekvondoçularımız Prezident kubokunda 2 medal qazanıb

İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi G2 kateqoriyalı yarışda 2 medala sahib olub.

Millinin heyətində Taleh Süleymanov (87 kq) gümüş medala yiyələnib. Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafatla bitirib.

Qeyd edək ki, analoji yarış fevralın 20-də parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.

İdman.biz

Məqalədə: