Oh Kvang Çeolun rəhbərliyi ilə taekvondo məşqçilərinin seminarı başlayıb - FOTO

Xəbərlər
23 Yanvar 2024 10:44
130
Oh Kvang Çeolun rəhbərliyi ilə taekvondo məşqçilərinin seminarı başlayıb - FOTO

Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı öz işinə başlayıb.

İdman.biz xəbər verir ki, ATF-in texniki direktoru Oh Kvang Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı Dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.

Seminardan öncə ATF-in vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüb. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıb.

Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.

İdman.biz

Məqalədə: