Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən “Türkiye Open” beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirərək qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
O, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.
Qeyd edək ki, bu, Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.
