Pumse üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən “Türkiye Open” beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirərək qızıl medal qazanıb.
İdman.Biz bildirir ki, xüsusi bacarıqları ilə seçilən Azərbaycan Taekvondo Federasiyasının nümayiş komandasının (Demo Team) kapitanı yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.
Qeyd edək ki, bu Azərbaycan taekvondosu tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.
