Federasiya rəhbərliyi Azərbaycan çempionatını müzakirə edib - FOTO

Xəbərlər
22 Dekabr 2023 22:31
213
Federasiya rəhbərliyi Azərbaycan çempionatını müzakirə edib - FOTO

Azərbaycan Taekvondo Federasiyasında (ATF) toplantı keçirilib.

İdman.biz xəbər verir ki, iclasda vitse-prezidentlər Hikmət Səmədov, Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı iştirak ediblər.

Toplantında dekabrın 24-də start götürəcək Azərbaycan çempionatını müzakirə olunub. Müzakirələr zamanı artıq yarış üçün bütün təşkilatı işlərin bitdiyi bildirilib. Əsas məqsədin yarışın yüksək səviyyədə təşkili, istedadlı taekvondoçuların üzə çıxıralması və yeni ildə milli komandalara cəlb edilməsi olduğu vurğulanıb.

Qeyd edək ki, Azərbaycan çempionatı və birincilikləri dekabrın 24-28-də keçiriləcək.

İdman.biz