Qaşım Maqomedov yarımfinalda məğlub oldu

Xəbərlər
16 Noyabr 2025 19:07
48
Qaşım Maqomedov yarımfinalda məğlub oldu

İdman.Biz xəbər verir ki, Qaşım Maqomedov yarımfinalda əfqanıstanlı Mohsen Rezaeyə 1:2 hesabı ilə məğlub olub. O, bürünc medal üçün döyüşəcək.

15.55

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov 1/8 finalda pakistanlı idmançı Harun Xanla qarşılaşıb.

Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

İdman.Biz

Məqalədə: