Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar

Xəbərlər
15 Sentyabr 2025 14:11
34
Stolüstü tennisçilər növbəti beynəlxalq yarışa qatılacaqlar

Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar.

İdman.biz xəbər verir ki, seçmə komandamızın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər.

Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.

İdman.biz