Stolüstü tennisçilərimiz yarımfinalda

Xəbərlər
18 Sentyabr 2023 22:07
104
Stolüstü tennisçilərimiz yarımfinalda

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində mübarizəyə uğurla başlayıblar.

İdman.biz-in məlumatına görə, bu gün yarışa qatılan təmsilçilərimizdən dördü pley-offa yüksəlib.

Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova 17 yaşadək idmançılar arasında, Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında yarışıb . Onların hər biri erməni rəqiblərini məğlubiyyətə uğradıb. Aylin Əsgərova Mariam Ambarsumyanı 3-0, Mərziyyə Nurmətova Arianna Qalstyanı 3-0, Arzu Aslanova Ellada Gevoqyanı 3-1, Aysu Ağayeva isə Madlen Sarıbekyanı 3-0 hesabı ilə üstələyib.

Növbəti mərhələdə Mərziyyə Nurmətova Arzu Aslanovanı, Aylin Əsgərova gürcüstanlı, Yağmur Məmmədli isə türkiyəli rəqibini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Qeyd edək ki, final uğrunda görüşlər sabah keçiriləcək.

İdman.biz