Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb - FOTO

3 Mart 2026 17:33
97
Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb - FOTO

Stolüstü tennis üzrə ölkə çempionatı start götürüb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) məlumat yayıb.

Bildirilib ki, Şüa İdman Kompleksində təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri də qatılıblar.

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionata martın 6-da yekun vurulacaq. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

İdman.Biz