Stolüstü tennis üzrə ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib - FOTO

4 Mart 2026 16:45
121
Stolüstü tennis üzrə ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib - FOTO

Stolüstü tennis üzrə Azərbaycan çempionatında ilk mükafatçılar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, komanda yarışlarında medalçılar bəlli olub.

Kişilərin mübarizəsində “Bakı-1” kollektivi birinci yeri tutub. “Bakı-2” ikinci, “Bakı-3” və “Şabran” üçüncü yerdə qərarlaşıb.

Qadınların yarışında “Sumqayıt-1” qalib gəlib. “Bakı-1” komandası ikinci yeri tutub. “Bakı-2” və “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.

Növbəti günlərdə şəxsi, qoşa və qarışıq qoşa növlər üzrə mükafatçılar müəyyənləşəcək. Azərbaycan çempionatı martın 6-da başa çatacaq.

İdman.Biz