Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turniri təşkil ediləcək.
İdman.Biz xəbər verir ki, yarış Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən Şüa İdman Kompleksində baş tutacaq.
Turnirdə həvəskar idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər. Milli komandanın üzvləri isə yalnız qoşa yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış 4-5 aprel və 11-12 aprel tarixlərində keçiriləcək. Turnirin mükafat fondu 3000 manat təşkil edir.
Turnirdə iştirak etmək istəyənlər federasiyaya müraciət edə bilərlər.
