Rusiyalı məşqçilər uşaqlara hazırlıq keçmək üçün Bakıya gəliblər

Xəbərlər
21 Noyabr 2023 17:56
288
Rusiyalı məşqçilər uşaqlara hazırlıq keçmək üçün Bakıya gəliblər

Bakı Su İdmanı Sarayında 5-14 yaşlı uşaqlara suya tullanma idman növü üzrə məşqlər keçiriləcək.

İdman.biz xəbər verir ki, bu məqsədlə paytaxtımıza Rusiyadan məşqçilər - Anton və Anqelina Melnikovlar dəvət olunublar.

Onlar bu idman növünün sirlərini azərbaycanlı uşaqlara öyrədəcəklər. Məşqlər 1, 3, 5-ci günləri, saat 11:00-dan 19:00-dək olacaq. Şənbə və bazar günləri isə hazırlıq saat 9:00-dan 15:00-dək davam edəcək.

Qeyd edək ki, məşqlərə qoşulmaq istəyənlər 187 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İdman.biz