Azərbaycan üzgüçüləri Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqları davam etdirirlər.
Son təlim-məşq toplanışına qatılan lisenziyaçı Məryəm Şeyxəlizadəxangah İdman.bizə müsahibəsində Fransa paytaxtına böyük ümidlərlə yollanacağını deyib.
O bildirib ki, əsas hədəfi Tokio-2020-dəki nəticəsini daha da yaxşılaşdırmaq olacaq.
Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov isə üzgüçünün hazırkı durumunu və hazırlıq səviyyəsini açıqlayıb.
Müsahibənin videovariantını təqdim edirik:
İdman.biz