Üzgüçülük üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi olub - FOTO - VİDEO

Xəbərlər
24 Aprel 2024 17:35
204
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi olub - FOTO - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Bakı Su İdman Sarayında təşkil olunan yarışda Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri və idman səfiri Fəridə Əzizova iştirak ediblər.

Mərasimdə öncə yarışda iştirak edəcək komandaların paradı keçirilib.

Ardınca Azərbaycan Üzgüçülük Federasiyasının baş katibin müavini Tamerlan Abdullazadə bildirib ki, çempionatda 22 klub və idman cəmiyyətindən 250-yə yaxın idmançı mübarizə aparacaq: “Yarışda, həmçinin Gürcüstan komandası da iştirak edir. Gənclər və İdman Nazirliyinə, Bakı Su İdman Sarayına təşəkkür edirik ki, bu layihəmizi dəstəklədilər. Yarışın keçirilməsində əsas məqsəd potensiallı idmançıların üzə çıxarılması, təcrübələrinin artırılması və milliyə cəlb olunmasıdır”.

Fəridə Əzizova isə belə yarışların üzgüçülük idman növünün inkişafına xüsusi töhfə verəcəyinə əminlik ifadə edib.

Rəsmi çıxışlardan sonra açıq Azərbaycan çempionatına start verilib.

Qeyd edək ki, çempionatda 3-cü idman dərəcəsi olanlar 50, 100, 200, 400, 800 və 1500 m məsafədə sərbəst üsullarda, 50, 100, 200 m məsafələrdə arxası üstə, brass və batterfley üsullarında üzəcəklər.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: