Dünya çempionatında uğur qazanmış paraüzgüçülərimiz Vətənə qayıdıblar

Xəbərlər
8 Avqust 2023 06:55
Dünya çempionatında uğur qazanmış paraüzgüçülərimiz Vətənə qayıdıblar

İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etmiş paraüzgüçülərimiz Vətənə qayıdıblar.

İdman.biz xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan paraüzgüçüləri dünya çempionatını 5 medalla başa vurublar. Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzmədə qızıl, eyni məsafəyə arxasıüstə üzmədə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə "butterfly" üsulu ilə üzmədə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.

İdman.biz