“Nəticələr gözlədiyim kimi olmadı” - Mehri Abdurəhmanlının İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

3 Oktyabr 2026 18:40
76
“Nəticələr gözlədiyim kimi olmadı” - Mehri Abdurəhmanlının İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan üzgüçüsü Mehri Abdurəhmanlı Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kuboku mərhələsindəki çıxışını dəyərləndirib.

İdmançı yarışdan sonra İdman.Biz-ə açıqlamasında nəticələrinin gözlədiyi kimi olmadığını bildirib.

Abdurəhmanlı sağlamlıq problemlərinin ona tam gücü ilə çıxış etməyə imkan vermədiyini söyləyib:

“Sağlamlıq problemlərim var idi. Daha yaxşı nəticə istəyirdim, amma bilirdim ki, alınmayacaq. Son vaxtlar normal məşq edə bilmirdim. Amma düşünürəm ki, növbəti yarışlarda özümü daha yaxşı göstərəcəyəm. Burada bizi dəstəkləyən hər kəsə, ilk növbədə Azərbaycan Üzgüçülük Federasiyasına və məşqçilərimizə təşəkkür edirəm”.

Azərbaycanlı üzgüçü tanınmış idmançılarla birgə mübarizə aparmağın onun üçün xüsusi təcrübə olduğunu da qeyd edib:

“Bu, möhtəşəmdir, baxmayaraq ki, onlar, demək olar, məndən on yaş böyüdülər. Amma bu da bir növ təcrübədir”.

İdman.Biz