Azərbaycan üzgüçüsü Fatimə Alkərimova Dünya Kubokunun Bakı mərhələsində çıxışını başa vurub. Mükafatçılar sırasına düşə bilməyən idmançı buna baxmayaraq nikbinliyini qoruyur və daha çox çalışmaq niyyətindədir.
Alkərimova İdman.Biz-ə açıqlamasında hazırlıq prosesində müəyyən səhvlərə yol verildiyini bildirib.
“Mənə elə gəlir ki, hazırlıq dövründə səhvlərə yol verilib. Lakin bildiyiniz kimi, bu seriya üç mərhələdən ibarətdir. İndi əsas məsələ reytinq xalları toplamaqdır, çünki seriyanın sonunda yekun mükafatlar oynanılacaq. Hələlik mən bu mərhələnin reytinqində yeddinci yerdə gedirəm. Ölkədə üzgüçülük olmamasına baxmayaraq, yeddinci yer heç də pis deyil.
Finala düşmək və lisenziya qazanmaq üçün biz çox çalışdıq. Əgər mən bu gün öz ən yaxşı nəticəmi göstərmədimsə, bu o demək deyil ki, dayanmaq lazımdır. Əksinə, indi öz üzərimdə daha çox işləmək və gələn dəfə özümü daha yaxşı göstərmək vaxtıdır”, - deyə Fatimə Alkərimova bildirib.
