Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kuboku mərhələsində 200 metr məsafəyə arxası üstə üzmə yarışlarının qalibi, Olimpiya mükafatçısı Anna Peplovski yarış təəssüratlarını bölüşüb.
Amerikalı idmançı İdman.Biz-ə açıqlamasında turnirin son gününün onun üçün asan keçmədiyini, lakin üzgüçülük yarışından razı qaldığını bildirib.
“Son gündə 200 metr məsafəyə arxası üstə çıxış etmək kifayət qədər çətindir. Odur ki, bütün bunları bitirdiyimiz üçün əladır. Əla üzgüçülük yarışı və əla rəqiblər oldu”, – deyə o qeyd edib.
Peplovski, həmçinin Azərbaycan mədəniyyəti ilə necə tanış olduğundan da danışıb:
“Burada Azərbaycan idmançılarını görmək əladır. Mən Azərbaycan dilində bir neçə söz öyrənmişdim. Bu yaxınlarda “Mən səni sevirəm, Bakı” ifadəsini öyrənmişdim, amma artıq unutmuşam (gülür). Ümumiyyətlə isə, yerli mədəniyyətlə tanışlıq çox yaxşı idi”.
