Üzgüçülük üzrə Azərbaycan komandası Riqada qızıl medal qazanıb - FOTO

Xəbərlər
4 Mart 2024 15:07
Üzgüçülük üzrə Azərbaycan komandası Riqada qızıl medal qazanıb - FOTO

Azərbaycanın gənc və yeniyetmə üzgüçüləri Latviyanın paytaxtı Riqada beynəlxalq turnirdə iştirak edib.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, rekord sayda – 760 idmançının qatıldığı yarışda 200 m məsafəyə oğlanlardan ibarət 4X200 komandamız qızıl medal qazanıb.

Şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100 və 200 m məsafələrdə batterflay üsulunda finişə ikinci çatıb. Oqtay Hüseynov isə eyni məsafələrdə və eyni üsulda bürüncə yiyələnib. 100, 200 metr batterflay üsulunda üçüncü, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə ikinci yeri tutub.

Səid Həmidov isə 200 metr məsafədə qarışıq üsulda, Mehri Əbdürrəhmanlı 200 metr məsafədə batterflay üsulunda bürünc medal qazanıblar.

İsmayılzadə və Əbdürrəhmanlı yaşıdları arasında rekordlarını yeniləyiblər.

İdman.biz

Məqalədə: