Dövlət qurumları arasında üzgüçülük yarışı başa çatıb - FOTO

Xəbərlər
10 Fevral 2024 15:17
Dövlət qurumları arasında üzgüçülük yarışı başa çatıb - FOTO

Dövlət qurumları arasında keçirilən üzgüçülük üzrə turnirə yekun vurulub.

İdman.biz xəbər verir ki, Su İdman Sarayında təşkil olunan yarışda 21 qurumdan 72 iştirakçı qalib adı uğrunda mübarizə aparıb.

Kişilərin 50 m məsafəyə sərbəst növdə üzgüçülük yarışında Emil İbrahimov (DİN) hamıdan güclü olub. Qadınların eyni məsafədə finişə hamıdan tez Nərgiz Nəsirova (DİN) çatıb.

Qadınların 50 m məsafəyə estafet yarışında DİN 1-ci, SOCAR ikinci olub. Kişilərdə eyni məsafədə ilk 2 yerin sahibi dəyişməyib, üçüncü pilləni isə FHN tutub.

Qarışıq estafet yarışında qalib DİN olub. SOCAR gümüş, Xəzər Dəniz Gəmiçiliyi isə bürünc medala sahib çıxıb.

Qaliblərə GİN-nin diplom və medalları ilə təltif olunublar.

Mükafatları Gənclər və İdman Naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin sədri Mövlud Mirəliyev təqdim ediblər.

Qeyd edək ki, bundan sonra dövlət qurumları arasında 30-a yaxın yarışın keçirilməsi nəzərdə tutulub. Üzgüçülük turnirinin keçirilməsində əsas məqsəd oturaq iş rejimində işləyənlər arasında sağlam həyatı təbliğ etmək və onları buna cəlb etməkdir.

Emin Ağa

İdman.biz

Məqalədə: