Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar bəlli olub.
Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildirilib ki, 16 idmançı yarışda qüvvəsini sınayacaq.
Bunlar Ramil Valizadə, Abdurrahman Rustamov, Səid Həmidov, Süleyman İsmayilzadə, Oqtay Hüseynov, Fərhad Shirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryam Cavadova, Anastasiya Boborikina, Anastassiya Qnussina, Mehri Abdurəhmanli, Vlastilina Xasyanova və Eqor Maynitskidir.
Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
