Qusarda üzgüçülük üzrə açıq turnir keçirilib - FOTO

Xəbərlər
5 Fevral 2024 13:38
Qusarda üzgüçülük üzrə açıq turnir keçirilib - FOTO

Qusar Olimpiya İdman Kompleksində "Quba - İdman Paytaxtı 2024" çərçivəsində və 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə üzgüçülük üzrə açıq turnir keçirilib.

İdman.biz xəbər verir ki, ardıcıl ikinci il təşkil olunmuş yarışda Qusarın iki komandası, Quba, Bakının Şağan və "Royal Club", Mingəçevir komandaları ilə yanaşı, Ukrayna təmsilçisi də qatılıb.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gələn turnirin sponsorları qismində "Rabitəbank" və "Pioneer" Mağazalar Şəbəkəsi çıxış edib.

Açılış mərasimində Milli Məclisin Qusar rayonundan olan deputatı Azər Badamov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev, Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov, Quba və Qusar rayon icra hakimiyyətinin məsul əməkdaşları Anar Məmmədov və Ceyhun Hacıyev iştirak ediblər.

Rəsmi hissədə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb. O qeyd edib ki, qış aylarında ucqar şimal rayonunda üzgüçülüyün inkişaf etdirilməsi baxımından belə bir yarış xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, Məmmədov bütün iştirakçılara minnətdarlığını bildirib.

Deputat Azər Badamov idmanın inkişaf etdirilməsinin dövlət siyasətinin təməlində durduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycan idmançılar ölkəsi kimi ad qazanıb. Bu da dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana verdiyi önəmdən irəli gəlir.

Nuhbalayev, Məmmədov və Hacıyev də təmsil etdikləri dövlət qurumları adından yarış iştirakçılarına uğurlar arzulayıblar.

Bədii hissədə isə Qusarın "Lezginka" rəqs qrupunun çıxışı böyük maraqla qarşılanıb.

Daha sonra mübarizəyə start verilib. Oğlan və qızların 50 metr məsafəyə müxtəlif yaş qruplarında sərbəst üsulla üzmə yarışında 11 dəst medal sahibini tapıb. İlk 3 yerin sahiblərinə qızıl, gümüş və bürünc medallar, eləcə də qalib üzgüçülərə sponsor "Rabitəbank"ın qiymətli hədiyyələri verilib.

Həm medal əyarı, həm də medal sayında bütün komandaları qabaqlayan Qusar-1 digər sponsor "Pioneer" Mağazalar Şəbəkəsi tərəfindən kubokla təltif olunub. Kuboku komandanın məşqçisi Marina Murtuzayevaya Mustafa Nuhbalayev, Elşən Məmmədov və Anar Məmmədov təqdim ediblər.

Turnirin nəticələri:
2015-2016-cı il təvəllüdlülər (qızlar)

1. Ayşə Qubatova (Qusar-1) - 01:18
2. Ayan Dadaşova (Quba) - 01:20
3. Dinara Şeydayeva (Qusar-1) - 01:42

2013-2014 (qızlar)
1. Ləman Heydərova (Quba) - 00:51
2. Zarema Mürşüdova (Qusar-1) - 00:55
3. Leyla Bəkərova (Qusar-1) - 01:01
4. Ayla Dadaşova (Quba) - 01:4

2010-2011 (qızlar)
1. Leyla Heydərova (Quba) - 00:44.72
2. Aysel Məcidova (Qusar-1) - 01:04.51
3. Nuray Musayeva (Qusar-1) - 01:05.25
4. Səidə Alimova (Qusar-1) - 01:14.63

2016 (oğlanlar)
1. Orxan Məmmədrzayev (Qusar-1) - 00:58
2. Yusif Murtuzayev (Qusar-2) - 01:16
3. Mansur Mərdanov (Qusar-1) - 01:28
4. Riad Əliyev (Bakı, "Royal Club") - 01:46

2015 (oğlanlar)
1. Tunar Məmmədli (Mingəçevir) - 44:13
2. Məhəmməd Baxışov (Qusar-1) - 46:74
3. Məhəmməd Sadirov (Qusar-1) - 00:47
4. Nicat Ərəbxanov (Qusar-1) - 00:48
5. Amir Abilov (Qusar-2) - 00:58
6. Omar Abdurahmanov (Qusar-2) - 59:84
7. Erik Koroğluyev (Qusar-2) - 01:21
8. Andrey Zaqorelko (Ukrayna) - 01:23

2014 (oğlanlar)
1. Raul Əsgərov (Bakı Şağan) - 00:39.65
2. İbrahim Yermakov (Qusar-1) - 00:53.00
3. Süleyman Murtuzayev (Qusar-2) - 00:59.68
4. Elnur Ağayev (Qusar-2) - 01:06.77
5. İsgəndər Ramazanov (Quba) - finişə çatmayıb

2013 (oğlanlar)
1. Əli Məmmədov (Mingəçevir) - 00:37.52
2. Rəsul Heydərov (Quba) - 00:46.34
3. İsmayıl Məmmədzadə (Bakı Şağan) - 00:49.58
4. David Əmiraslanov (Qusar-2) - 00:52.00
5. Yusif Bayramov (Quba) - 00:57.32
6. İbrahim Məlikov (Quba) - 00:58.41
7. Ruslan Abdurahmanov (Qusar-2) - 01:06.22
8. Emin Əhmədxanov (Qusar-2) - 01:12.30

2012 (oğlanlar)
1. Müslüm Murtuzayev (Qusar-1) - 00:48.95
2. Timur Uluxanov (Qusar-1) - 00:57.24
3. Bilal Əhmədli (Quba) - 01:03.32
4. Toğrul Məmmədov (Quba) - 01:16.53
5. Niyazi Qonaqov (Quba) - 01:29.00

2011 (oğlanlar)
1. Nihat Pənahlı (Mingəçevir) - 00:37.00
2. Emil Mehdiyev (Mingəçevir) - 00:40.00
3. Abdul Ağamalıyev (Qusar-1) - 00:46.20
4. Məhəmməd Yermakov (Qusar-1) - 00:48.39
5. Məmmədrza Salmanov (Quba) - 01:17.00

2010 (oğlanlar)
1. Elmin Koroğluyev (Qusar-2) - 00:43.00
2. Raul Əsgərov (Bakı Şağan) - 00:46.00
3. Mirzəağa Əliyev (Quba) - 00:47.28
4. Ömər Əzizov (Quba) - 01:02.27

2008-2009 (oğlanlar)
1. Mirzəağa Kişiyev (Bakı Şağan) - 00:30.59
2. Tural Atakişiyev (Bakı Şağan) - 00:30.63
3. Riad Abbaszadə (Bakı Şağan) - 00:32.44
4. Mehdi Əkbərov (Bakı Şağan) - 00:34.98
5. Eknad Camalov (Qusar-1) - 00:37.17
6. Arzuman Şirinov (Bakı Şağan) - 00:38.94
7. Mətin Eynullayev (Bakı Şağan) - 00:39.05
8. Əli Qasımov (Bakı Şağan) - 00:46.52

İdman.biz

Məqalədə: