Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı bəlli olub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparacaq.
Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə qüvvələrini sınayacaqlar.
