Azərbaycan üzgüçüsü dünya çempionatının qızıl medalını qazanıb

Xəbərlər
5 Avqust 2023 06:55
117
Azərbaycan üzgüçüsü dünya çempionatının qızıl medalını qazanıb

Azərbaycan üzgüçüsü Raman Salei dünya çempionatının qızıl medalını qazanıb.

İdman.biz xəbər verir ki, üçqat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 100 metr sərbəst üzmə növündə 53.32 s nəticə göstərib.

Bununla da o, yarışın qızıl medalına sahib olub.

İdman.biz