Misli Premyer Liqasının dördüncü turu çərçivəsində “Neftçi” və “Şəfa” komandaları qarşılaşıb.
"Report"un məlumatına görə, “Neftçi” 4:1 hesabı ilə “Şəfa”ya qalib gəlib.
Meydan sahiblərinin qollarını 35-ci dəqiqəəd Rüfət Abbasov, 64 və 66-cı dəqiqələrdə Alen Şkribek, 79-cu dəqiqədə Breno Almeyda (p) vurub. Qonaqların heyətində 48-ci dəqiqədə Murad Musayev fərqlənib.
Bu qələbə ilə xallarının sayını 9-a çatdıran "Neftçi" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Şəfa" 3 xalla onuncu yerdədir.
22:10
“Neftçi” - “Şəfa” oyununda meydan sahibləri dördüncü qolu vurub.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində B.Almeyda penalti zərbəsini qola çevirib.
22:01
“Neftçi” - “Şəfa” oyununda meydan sahibləri üçuncü qolu vurub. .
İdman.Biz xəbər verir ki, “Neftçi”nin heyətində Şkribek 66-cı dəqiqədə yenidən fərqlənərək dubl edib.
21:59
“Neftçi” - “Şəfa” oyununda meydan sahibləri ikinci qolu vurub. .
İdman.Biz xəbər verir ki, “Neftçi”nin heyətində Şkribek 64-cu dəqiqədə fərqlənib.
21:39
“Neftçi” - “Şəfa” oyununda hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, qonaqların heyətində Murad Musayev 48-ci dəqiqədə fərqlənib.
Hazırda hesab 1:1-dir.
21:31
“Neftçi” - “Şəfa” oyununda ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.
21:19
“Neftçi” - “Şəfa” oyununda birinci hissə başa çatdı.
İdman.Biz xəbər verir ki, birinci hissədə meydan sahibləri 1:0 hesabı ilə öndədirlər
21:09
“Neftçi” - “Şəfa” oyununda hesab açılıb.
İdman.biz xəbər verir ki, meydan sahiblərinin heyətində Rufət Abbasov 35-ci dəqiqədə fərqlənib.
20:33
Misli Premyer Liqasının dördüncü turu çərçivəsində “Neftçi” “Şəfa”nı qəbul edir.
İdman.Biz xəbər verir ki, qarşılaşma “Palms Sports Arena”da keçirilir.
20:07
Misli Premyer Liqasının 4-cü turunda bu gün keçiriləcək "Neftçi" - "Şəfa" matçı üçün heyətlər açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaqlar:
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 17. Murad Xaçayev 3. Rüfət Abbasov 77. Falaye Sako 18. İfeanyi Metyu 97. Bassala Sambu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 33. Breno Almeyda 11. Alen Şkribek
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 4. Elvin Camalov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 27. Draqolyub Saviç
“Şəfa”: 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 22. Umar Diav 34. Kristofer Mamenqi
Ehtiyat oyunçular: 99. Məmməd Hüseynov 96. Ayxan Əlizadə 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 55. Rauf Hüseynli 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 23. Nahid Əliyev 39. Eltun Babazadə 10. Dilan Mertens 8. Vlad Pop 7. Treyvon Fuller
10:29
Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turu çərçivəsində ikinci qarşılaşma “Palms Sports Arena”da keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Neftçi” “Şəfa”nı qəbul edəcək.
Oyun saat 20:30-də başlayacaq.
Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
5 sentyabr (şənbə)
20:30. “Neftçi” - “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
“Palms Sports Arena”
Qeyd edək ki, dördüncü turun əvvəlki matçlarında “Qəbələ” öz meydanında “İmişli”yə 2:1, “Şamaxı” isə Gəncədə “Kəpəz”ə 4:1 hesabı ilə qalib gəlib. Tura sentyabrın 6-da keçiriləcək iki oyunla yekun vurulacaq.
