Ramazan Əhmədov bürünc medal qazanıb - YENİLƏNİB

5 Sentyabr 2026 19:39
1 606
Ramazan Əhmədov bürünc medal qazanıb

İdman.Biz xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvü Ramazan Əhmədov fəxri kürsüyə yüksəlib.

İdman.Biz xəbər verir ki, 100 kq-dan çox çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bürünc medal uğrunda görüşdə Monteneqro təmsilçisi Stefan Koviniçi məğlub edib.

Bununla da Ramazan Əhmədov Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının yarışda beşinci medalıdır. Daha əvvəl 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da Məhəmməd Musayev və 90 kq-da Süleyman Şükürov qızıl, 100 kq-da Davud Namazlı isə bürünc medal qazanıb.

19:10

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvü Davud Namazlı fəxri kürsüyə yüksəlib.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Niderland təmsilçisi Leonhard Fransensə qızıl xalla qalib gəlib.

Bununla da Davud Namazlı Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının yarışda dördüncü medalıdır. Daha əvvəl 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da Məhəmməd Musayev və 90 kq-da Süleyman Şükürov qızıl medal qazanıblar.

18:27

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvü Süleyman Şükürov qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda Almaniya təmsilçisi Konstantin Distelə ipponla qalib gəlib.

Bununla da Süleyman Şükürov karyerasında ikinci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının yarışda üçüncü qızıl medalıdır. Daha əvvəl 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da isə Məhəmməd Musayev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

17:36

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan cüdoçuları medal uğrunda mübarizəni davam etdirirlər.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı ikinci təsəlliverici görüşdə də qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. O, medal görüşündə Niderland təmsilçisi Leonhard Fransenslə üz-üzə gələcək.

90 kq çəkidə mübarizə aparan Süleyman Şükürov finalda Almaniya təmsilçisi Konstantin Distel ilə qarşılaşacaq.

+100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov isə bürünc medal uğrunda görüşdə Monteneqro cüdoçusu Stefan Koviniçlə üz-üzə gələcək.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

17:03

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin üzvü Süleyman Şükürov finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda rusiyalı Ademirkan Tambiyevi iki vaza-ari xalı ilə məğlub edərək finala vəsiqə qazanıb.

+100 kq çəkidə çıxış edən Ramazan Əhmədov isə yarımfinalda fransalı Matheo Akiana Monqoya məğlub olub. O, bürünc medal uğrunda görüşə çıxacaq.

100 kq çəki dərəcəsində mübarizə aparan Davud Namazlı ilk təsəlliverici görüşdə Almaniya təmsilçisi Daniil Spyrydonova qalib gəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

15:51

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin iki üzvü yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov 1/4 finalda moldovalı rəqibinə möhtəşəm ipponla qalib gələrək adını yarımfinala yazdırıb.

+100 kq çəkidə çıxış edən Ramazan Əhmədov isə 1/4 finalda Ukrayna təmsilçisi Yaroslav Omelçenkonu məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

15:47

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan millisinin iki üzvü 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov moldovalı rəqibinə möhtəşəm ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

+100 kq çəkidə çıxış edən Ramazan Əhmədov isə xorvatiyalı Luka İvankoviç üzərində tam üstünlüklə qələbə qazanaraq 1/4 finala yüksəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

14:44

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov turnirə inamlı başlayıb. Cüdoçumuz ilk görüşündə fransalı David Yurkovskini qızıl xal bölümündə məğlub edib.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı isə 1/8 finalda mübarizəni dayandırıb. O, İspaniya təmsilçisi Nikita Yudanova məğlub olub.

90 kq çəkidə digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev də 1/8 finalda məğlubiyyətlə üzləşib. O, Türkiyə idmançısı Emir Selim Arıya uduzub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

13:50

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Davud Namazlı litvalı Mayus Genisi qızıl xal bölümündə yuko ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

90 kq çəkidə çıxış edən Aslan Kotsoyev də ilk görüşünü qələbə ilə başa vurub. O, bolqarıstanlı Anton Dimitrovu yuko və vaza-aridən sonra ipponla məğlub edərək adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

11:10

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının üçüncü günündə dörd cüdoçumuz tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində 1/16 finalda Aslan Kotsoyev bolqarıstanlı Anton Dimitrov, Süleyman Şükürov isə fransalı David Yurkovski ilə qarşılaşacaq.

100 kq-da Davud Namazlı 1/16 finalda litvalı Mayus Genislə üz-üzə gələcək. +100 kq-da mübarizə aparan Ramazan Əhmədov isə 1/8 finalda Martin Sedlak (Çexiya) - Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

Xatırladaq ki, Avropa çempionatında Azərbaycan cüdoçularından 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da isə Məhəmməd Musayev qızıl medal qazanıb.

İdman.Biz