Oğlanlardan ibarət çimərlik voleybolu üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda iştirak edəcək.
İdman.biz xəbər verir ki, yığmamız bu dəfə CEV U-18 Avropa çempionatında təmsil olunacaq. Turnir 23-27 avqust tarixlərində İspaniyanın Madrid şəhərində keçiriləcək.
Çempionatda ölkəmizdən bir komanda qüvvəsini sınayacaq. Təmsilçimiz mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, voleybolçularımız İqor Olefirin baş məşqçiliyi altında yarışacaqlar.
İdman.biz