“Formula-1” üzrə “Red Bull” komandasının pilotu Maks Ferstappen İspaniya Qran-prisinin keçirildiyi yeni “Madrinq” trasından narazı qalıb.
İdman.Biz Viaplay-ə istinadən xəbər verir ki, dördqat dünya çempionu trasın lazımi səviyyədə layihələndirilmədiyini düşünür.
“Trasları pilotların layihələndirməsinə imkan vermək olardı. Çünki onlar özləri bunu başa düşmürlər. Hər döngədə əyləcləmə zamanı ötmə etmək mümkün deyil, həm də dönmək lazımdır. Tras kifayət qədər yaxşı düşünülməyib”, - Ferstappen bildirib.
Qeyd edək ki, İspaniya Qran-prisi bu gün - 13 sentyabrda keçiriləcək. Yarış Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
