Ferstappen və Louson Meksika Qran-prisindəki insidentə görə cəzalandırıldılar

31 Oktyabr 2026 12:38
89
Ferstappen və Louson Meksika Qran-prisindəki insidentə görə cəzalandırıldılar

“Formula-1” pilotları Maks Ferstappen və Liam Louson Meksika Qran-prisinin ikinci sərbəst yürüşündə baş verən insidentə görə cəzalandırılıblar.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları hər iki sürücünün növbəti yarışın start düzülüşündə bir mövqe geriləməsinə qərar veriblər. Bundan başqa, onların hər birinin superlisenziyasına bir cərimə xalı əlavə olunub.

Hadisə “Hermanos Rodriges” avtodromunun stadion sektorunda baş verib. Ferstappen 12-ci döngədən əvvəl Lousonu qabaqlamağa çalışsa da, yeni zelandiyalı pilot mövqeyini qoruyub. Sürücülər növbəti döngəyə yanaşı daxil olublar və nəticədə niderlandlı pilot trasdan kənara çıxıb. Daha sonra hər iki pilotun bolidi təmas edib.

Sessiyadan sonra sürücülər hərəkətlərinin həddindən artıq riskli olduğunu etiraf ediblər. Stüardlar komandaların sərbəst yürüşdən əvvəl belə insidentlərə yol verilməməsi barədə xəbərdarlıq aldığını nəzərə alaraq pilotları cəzalandırıblar.

“Racing Bulls” komandasının rəhbəri Alan Permeyn hadisəni lazımsız insident adlandırıb və hər iki pilotun təmasdan qaça biləcəyini bildirib.

İdman.Biz