“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının pilotu Aleks Albon ABŞ Qran-prisindəki uğursuz nəticələrin səbəblərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, taylandlı sürücü Ostində keçirilən sıralama turundan sonra boliddəki problemlərin aradan qaldırılmadığını etiraf edib.
“Bolidin tənzimləmələri üzərində hər sessiyada müxtəlif dəyişikliklər edirik, amma əsas problemləri həll edə bilmirik. Hər şeyi sınayırıq, lakin heç nə işləmir”, - deyə Albon bildirib.
O, sıralama turunu da ilk sərbəst yürüşdə olduğu kimi qarışıq hisslərlə başa vurduğunu söyləyib.
“Williams”ın hər iki pilotu sıralama turunun ilk hissəsində mübarizəni dayandırıb.
Komandanın problemləri həmçinin 2027-ci il mövsümünə hazırlıq məqsədilə aparılan sınaqlarla əlaqələndirilir.
Sayns bildirib ki, komanda gələn il üçün yeni həllər üzərində işləsə də, Ostində bolidin sürəti rəqiblərlə mübarizə aparmaq üçün kifayət etmir.
