Hemilton “Ferrari”nin sürətini dəyərləndirdi

26 Oktyabr 2026 11:42
109
Hemilton “Ferrari”nin sürətini dəyərləndirdi

“Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton ABŞ Qran-prisindən sonra “SF-26” bolidinin sürətini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Lyuis Hemilton fikirlərini “FormulaPassion” nəşri dərc edib.

Yeddiqat “Formula-1” dünya çempionu bildirib ki, yarışın son hissəsində yaxşı çıxış etsə də, ilk iki hissədə istədiyi nəticəni əldə edə bilməyib.

“Performans baxımından düşünürəm ki, yaxşı pilotaj nümayiş etdirdim. Bu gün son hissənin çox yaxşı keçdiyini hiss etdim, ilk iki hissədə isə heç nə edə bilmədim. Hər halda, burada öyrənməli və nəticə çıxarmalı olduğumuz məqamlar var.

Görünür, son yeniliyi tətbiq etməklə əla iş görmüşük. Şarl ikinci yeri tutdu, yəni komanda yaxşı çıxış etdi. Ümid edirik ki, Meksikada bəzi çatışmazlıqları aradan qaldıra biləcəyik. Əsasən də sazlama ilə bağlı səhvləri düzəltməyə çalışacağıq”, - deyə Hemilton bildirib.

İdman.Biz
Məqalədə: