Finişə 100 metrə qalanadək irəlidə idim. Lakin son anda bürünc medalla kifayətləndim. İdmanda əvvəlcədən kimin çempion olacağı bəlli deyil. Gələn dəfə çalışacağam ki, qalib olum və Azərbaycan Himnini səsləndirim.
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində inin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında avarçəkmə üzrə yarışlarda üçüncü yeri tutan Bəhmən Nəsiri deyib.
"Final mərhələsi xüsusilə gərgin keçdi. Rəqiblərim də güclü idi. Təəssüf ki, 1 saniyə fərqlə qızıl medalı əldən verdim", - deyə B.Nəsiri deyib.
İdman.biz