Azərbaycanlı qrossmeyster Vüqar Əsədlinin kapitanı olduğu Qətər millisi Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında uğurlu nəticəyə imza atıb.
İdman.Biz xəbər verir ki, Qətər yığması E qrupunda mübarizəni birinci pillədə başa vuraraq qrupun qalibi olub.

Vüqar Əsədli turnir ərzində qarşılaşmalar zamanı şahmatçılara dəstək verib, eyni zamanda yığmanın oyunlara hazırlıq prosesində iştirak edib.
Qeyd edək ki, 46-cı Ümumdünya Şahmat Olimpiadasında dünyanın müxtəlif ölkələrindən kişi və qadın komandaları mübarizə aparıblar.

Xatırladaq ki, Azərbaycanın kişi millisi 17 xalla beşinci yeri tutub. Yığmamız bununla Ümumdünya Şahmat Olimpiadalarında ikinci dəfə ilk beşliyə düşüb. Azərbaycan daha əvvəl 2014-cü ildə Tromsödə keçirilən Olimpiadada da beşinci olub. Qadın yığmamız isə 15 xalla 16-cı yerdə başa vurub.
Araz Xəlilli
