Vüqar Rəsulov beynəlxalq turnirdə ilk turdakı məğlubiyyətdən sonra oynamır

12 Noyabr 2026 01:20
49
Vüqar Rəsulov beynəlxalq turnirdə ilk turdakı məğlubiyyətdən sonra oynamır

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Tacikistanın paytaxtı Düşənbədə keçirilən ikinci Beynəlxalq Prezident Kubokunda ilk turda məğlub olduqdan sonra növbəti iki turda mübarizə aparmayıb.

İdman.Biz xəbər verir ki, 2572 reytinqli qrossmeysterimiz ilk qarşılaşmada qara fiqurlarla qazaxıstanlı Nazar Talqatova uduzub. Rəqibinin reytinqi 2311-dir.

Noyabrın 11-də yenilənmiş rəsmi nəticə cədvəlində Rəsulovun ikinci və üçüncü turlarda oynamadığı göstərilir. Azərbaycan təmsilçisinin dördüncü tur üçün də rəqibi müəyyənləşdirilməyib.

Cədvəldə şahmatçımızın həmin turlarda iştirak etməməsinin səbəbi açıqlanmır.

Xatırladaq ki, yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir. İştirakçılar reytinqlərinə əsasən iki qrupda mübarizə aparırlar. Turnirin təşkilatçıları Tacikistan Şahmat Federasiyası və ölkə hökuməti yanında Gənclər və İdman Komitəsidir.

İdman.Biz