Nərmin Abdinova səkkiz qələbə ilə Avropa çempionu oldu - FOTO

11 Noyabr 2026 22:05
57
Nərmin Abdinova səkkiz qələbə ilə Avropa çempionu oldu

Azərbaycan şahmatçısı Nərmin Abdinova Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.

İdman.Biz xəbər verir ki, səkkiz yaşdan 18 yaşadək şahmatçıların iştirak etdiyi yarışda Abdinova 18 yaşadək qızlar arasında mübarizə aparır. Təmsilçimiz səkkizinci turda polşalı Klara Şçotkanı məğlub edib.

Bu, Abdinovanın turnirdə ardıcıl səkkizinci qələbəsi olub. Bütün partiyalarını qələbə ilə başa vuran şahmatçımız səkkiz mümkün xaldan səkkiz xal toplayaraq son turun nəticəsindən asılı olmayaraq çempionluğu təmin edib.

Beləliklə, Abdinova bu yaş qrupunda qızlar arasında Azərbaycana 12 ildən sonra Avropa çempionatının qızıl medalını qazandırıb. Əvvəlki uğur 2014-cü ildə Batumidə çempion olan Ülviyyə Fətəliyevaya məxsus idi.

Avropa çempionatına noyabrın 12-də keçiriləcək doqquzuncu turun partiyaları ilə yekun vurulacaq.

İdman.Biz