Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026 və ya 2027-ci illərdə keçirilməsi planlaşdırılan Kiberidman Olimpiadasını keçirməyəcək.
İdman.Biz-in BOK-un saytına istinadən bildirir ki, təşkilat “The Esports World Cup Foundation” fondu ilə tərəfdaşlığına son qoymaq qərarına gəlib.
Tərəflər öz layihələrinə diqqət yetirəcəklər, Beynəlxalq Olimpiya Komitəsi isə kiberidmanı müstəqil şəkildə inkişaf etdirməyi planlaşdırır.
Səudiyyə Ərəbistanı fondu illik Kiberidman üzrə dünya kubokunu (Esports World Cup) keçirməyə davam edəcək və 2026-cı ildə milli komandalar üçün 70 milyon dollarlıq mükafat fondu olan “Esports Nations Cup”ı da təşkil edəcək. Layihənin təfərrüatları barədə hazırda məlumat yoxdur.
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    