1900-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında niderlandlı avarçəkənlər Fransua Brandt və Rulof Kleyn sükançılı iki nəfərlik qayıq yarışında qızıl medal qazandılar.
İdman.Biz xəbər verir ki, yarımfinalda onların sükançısı Germanus Brokmann idi, lakin finalda onu başqa biri əvəz etdi. Brokmann 60 kq çəkisində idi, halbuki sükançının çəkisi avarçəkmədə böyük əhəmiyyət daşıyır.
Bəs sükançı kimdir? Sükançı qayığın ön və ya arxa hissəsində avarçəkənlərə üzünü tutaraq oturur. O, avarçəkənlərin tempini müəyyənləşdirir və rəqibləri izləyir.
Həmin vaxt niderlandlılar çıxılmaz vəziyyətdə cəsarətli addım atdılar - yerli bir oğlandan onlarla birlikdə sükançı kimi yarışmasını xahiş etdilər. Oğlanın çəkisi cəmi 33 kq idi. Bu plan uğurlu alındı: Brandt və Kleyn qızıl medala qədər avar çəkdilər, oğlan isə sadəcə evinə getdi. Hətta tarixdə onun adı belə qorunub saxlanılmayıb. Onun layiq olduğu qızıl medal isə Brokmanna verildi. Finaldan sonra avarçəkənlərlə birlikdə çəkilmiş yalnız bir fotoşəkil qalıb.
