Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Koordinasiya Komissiyasının Lionda keçirilən ikinci illik toplantısında “Alpes 2030” Qış Olimpiya və Paralimpiya Oyunlarının idman məkanları baş planının son detalları dəqiqləşdirilib.
İdman.Biz xəbər verir ki, təsdiqlənən plana əsasən, buz idman növləri Lionda, dağ-xizək yarışları isə Kurşevel və Val d’İzerdə keçiriləcək.
Hokkey matçları 2028-ci il dünya çempionatına da ev sahibliyi edəcək Desin-Şarpye stadionunda və Liondakı Toni Qarnye adına arenada təşkil olunacaq. Fiqurlu konkisürmə, şort-trek və körlinq yarışları isə Liondakı “Eurexpo” sərgi mərkəzində keçiriləcək. Olimpiadanın baş media mərkəzi də həmin ərazidə yerləşəcək.
Dağ-xizək yarışlarında sürətli eniş, superqiqant, kişilər və qadınlar arasında komanda kombinasiyası Kurşeveldə təşkil olunacaq. Slalom və qiqant slalom yarışları üçün isə Val d’İzer seçilib.
BOK Ullen-Pyer-Benit kommunasında tikilməkdə olan yaşayış kompleksini də Lion klasteri üçün rəsmi Olimpiya kəndi kimi təsdiqləyib.
Qeyd edək ki, 2030-cu il Qış Olimpiya Oyunları fevralın 1-dən 17-dək Fransa Alplarında keçiriləcək.
