Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.
İdman.Biz bildirir ki, Milli Olimpiya Komitəsində baş tutan iclasda görülən işlərin hesabatı təqdim olunub, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib və üzvlər öz təkliflərini səsləndiriblər.
Atletlər Komissiyası idmançıların hüquqlarının qorunması və onların beynəlxalq səviyyədə daha effektiv təmsil olunması istiqamətində fəaliyyətini davam etdirir.
