Milli Olimpiya Komitəsi və “Visa” şirkəti arasında tərəfdaşlıq müqaviləsi 2026-cı il üçün yenilənib.
İdman.Biz bildirir ki, sazişi Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə və “Visa” şirkətinin Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar.
“Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində imzalanan müqaviləyə əsasən, “Visa” 2026-cı il ərzində Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Olimpiya Komandasının rəsmi tərəfdaşı olacaq.
Tərəfdaşlıq çərçivəsində şirkət Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Atlanta-1996 Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığmasının iştirakının 30 illik yubileyi və digər mühüm beynəlxalq idman tədbirlərində komandamıza dəstək göstərəcək.
