Azərbaycan nümayəndəsi Avropa Olimpiya Komitələrinin iclasında iştirak edib

Azərbaycan nümayəndəsi Avropa Olimpiya Komitələrinin iclasında iştirak edib

Martın 25-də Belçikanın Brüssel şəhərində Avropa Olimpiya Komitələrinin Avropa İttifaqı (Aİ) və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilib.

İdman.Biz bildirir ki, iclasda Azərbaycanı Milli Olimpiya Komitəsinin nümayəndəsi Anar Bağırov təmsil edib. Görüşdə Aİ-nin idman siyasəti, maliyyə imkanları və idmançı hüquqları müzakirə olunub.

Tədbir çərçivəsində Avropa Komissiyasının komissarı Glenn Micallef ilə görüş keçirilib, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

İclas strateji tərəfdaşlığın gücləndirilməsi və idman sahəsində birgə yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.

İdman.Biz