Olimpiyaçımız dünya reytinqində geriləyib

Xəbərlər
25 Oktyabr 2023 13:56
205
Olimpiyaçımız dünya reytinqində geriləyib

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda liderlər qrupunda Azərbaycan millisinin idmançısı da yer alıb.

Yığmamızın lideri Ruslan Lunyov 25 m məsafəyə atəşaçmada 8-ci yerdədir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən snayperin hesabında 2550 xalı var. O, son siyahı ilə müqayisədə 1 pillə geriləyib.

Lunyov 10 m məsafədən hədəfi dəqiq nişanalmada isə 3078 xalla 17 pillədədir. Bu siyahıda da Ruslan 2 rəqibini özündən irəli buraxıb.

İdman.biz