Ruslan Lunyovdan 3 qızıl medal - Azərbaycan çempionatının NƏTİCƏLƏRİ - FOTO

Xəbərlər
9 Oktyabr 2023 13:34
313
Ruslan Lunyovdan 3 qızıl medal - Azərbaycan çempionatının NƏTİCƏLƏRİ - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə həm fərdi, həm də qarışıq komanda yarışlarında mübarizə aparıblar.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ruslan Lunyov hədəf önünə keçdiyi hər 3 məsafədə çempion tituluna yiyələnib. Avropa çempionumuz Nigar Nəsibova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin yığma üzvləri də yarışda inamlı təsir bağışlayıblar.

Gərgin mübarizə şəraitində keçən final mərhələsindən sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.

Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

Qeyd edək ki, yarış güclü atıcıların müəyyənləşdirilməsi, atıcılıq idmanının təbliği və kütləviləşdirilməsi, gənclərin bu idman növünə maraqlarının artırılmasına nail olmaq məqsədi ilə təşkil olunub.

Pnevmatik tapança
10 m, kişilər

1. Ruslan Lunyov
2. Elvin Astanov
3. Hacı Musayev

Pnevmatik tüfəng
10 m, kişilər

1. Ramiz Xəlilov
2. Üzeyir Tapdıqlı
3. İlkin Vəliyev

Kiçikçaplı tapança
25 m, kişilər

1. Ruslan Lunyov
2. İmran Qarayev
3. Elvin Astanov

Kiçikçaplı tapança
50 m, kişilər

1. Vladislav Kalmıkov
2. Hacı Musayev
3. Rəhim Rəhimov

Pnevmatik tapança
10 m, qadınlar

1. Xanna Əliyeva
2. Qasımova Zərifə
3. Nəzrin Abbaslı

Pnevmatik tüfəng
10 m, qadınlar

1. Jalə Bayramova
2. Nigar Ramazanova
3. Nuranə Əliyeva

Kiçikçaplı tapança
25 m, qadınlar

1. Nigar Nəsirova
2. Zərifə Qasımova
3. Xanna Əliyeva

Pnevmatik tapança
10 m, qarışıq komanda

1. Ruslan Lunev, Nigar Nəsirova
2. Hacı Musayev, Xanna Əliyeva
3. Elvin Astanov, Leyli Əliyeva

Pnevmatik tüfəng
10 m, qarışıq komanda

1. Jalə Bayramova, Ramiz Xəlilov
2. Aynur Mahmudova, Üzeyir Tapdıqlı
3. Nuranə Əliyeva, İlkin Vəliyev

Pnevmatik tapança
10 m, yeniyetmə oğlanlar

1. Cəfər Sultanlı
2. Vladislav Kalmıkov
3. İlya Kvokov

Pnevmatik tapança
10 m, yeniyetmə qızlar

1. Zeynəb Sultanova
2. Sofiya Barxalova
3. Əminə Ömərova

Pnevmatik tapança
10 m, yeniyetmələr, qarışıq komanda

1. Zeynəb Sultanova, Cəfər Sultanlı
2. Mədinə Zəkərəyeva, Oleq Kerjankin
3. Xalidə Əliyeva, İmran Qarayev

Kiçikçaplı tapança
25 m, yeniyetmə qızlar

1. Zeynəb Sultanova
2. Sofiyə Barxalova
3. Əminə Ömərova

Səngər stendi
Kişilər

1. Əli Hüseynli
2. Sabir Mehdizadə
3. Mirmömin Ağazadə

Səngər stendi
Qadınlar

1. Ülviyyə Eyvazova
2. Aydan Camalova
3. Alina Rəfixanova

Səngər stendi
Qarışıq komanda

1. Sabir Mehdizadə, Alina Rəfixanova
2. Əli Hüseynli, Aydan Camalova
3. Kamil Mədətov, Rəna Ələsgərova

Dairəvi stend
Kişilər

1. Niyaz Ağazadə
2. Fuad Qurbanov
3. Əli Mustafayev

Dairəvi stend
Qadınlar

1. Cəfərova Nurlana
2. Reqina Meftaxetdinova
3. Nəcəfova Sevda

Dairəvi stend
Qarışıq komanda

1. Əli Mustafayev, Nurlana Cəfərova
2. Cavid Həsənov, Sevda Nəcəfova
3. Fuad Qurbanov, Reqina Meftaxetdinova

Dairəvi stend
Yeniyetmə oğlanlar

1. Hüseyn Mahmudov
2. Maksimus Jemçujnikov
3. Məhəmməd Həbibli

Dairəvi stend
Yeniyetmə qızlar

1. Cəmilə Paşayeva
2. Daniella Ulanova
3. Minayə Novruzova

Səngər stendi
Yeniyetmə oğlanlar

1. Kamil Mədətov
2. Mürtəza Novruzlu
3. Murad Bədəlov

Səngər stendi
Yeniyetmə qızlar

1. Aylin Quliyeva
2. Nərmin Bədəlli
3. Nuray Muxtarova

İdman.biz