Olimpiya lisenziyaçımız dünya reytinqində Top-10-da yer alıb

Xəbərlər
30 Sentyabr 2023 13:07
Olimpiya lisenziyaçımız dünya reytinqində Top-10-da yer alıb

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıda liderlər qrupunda Azərbaycan millisinin idmançıları da yer alıblar.

Yığmamızın lideri Ruslan Lunyov 25 m məsafəyə atəşaçmada 7-ci yerdədir. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən snayperin hesabında 2550 xalı var.

O, 10 m məsafədən hədəfi dəqiq nişanalmada isə 3078 xalla 15 pillədədir.

İdman.biz